-
- 30-10-2019, 15:39
- 921
Oqtay Gülalıyevin əməliyyatı bitdi- - YENİLƏNDİ-3
Oqtay Gülalıyevin əməliyyatı bitib.
News24.az xəbər verir ki, bu barədə "City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyevin əməliyyatı bitib. Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək.
****
Oqtay Gülalıyevin əməliyyat olunmasına ailə icazə verməyib.
News24.az xəbər verir ki, bu barədə "City Hospital" dan Nazirliyə verilən məlumat verilib. Bildirilib ki, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib.
Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hal hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.
***12:03
Səhiyyə Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin yolu keçərkən avtomobillə vurulması haqda məlumat yayıb.
Nazirlikdən News24.az-a verilən məlumata görə, O.Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır.