Azərbaycanda iki rayonda 419 fərdi evə QAZ VERİLDİ - FOTO
    • 30-10-2019, 16:04
    • 636

Azərbaycanda iki rayonda 419 fərdi evə QAZ VERİLDİ - FOTO

Bu gün Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib.

News24.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib.

Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub.

Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.