Azərbaycan – Almaniya münasibətlərinin qısa tarixi
    • 25-08-2018, 14:37
    • 2 101

Azərbaycan – Almaniya münasibətlərinin qısa tarixi

Azərbaycan almanlar üçün yad ərazi deyil. Hələ Almanlar XIX-əsrin əvvəllərindən başlayaraq Azərbaycana köç edib. Onlar burada daha çox indiki Göygöl, Ağstafa, Tovuz və Şəmkir ərazilərində məskunlaşıblar. Belə ki, 1817-ci ildə Vürtemberq ərazisindən 40 ailə dəvət olunur. Onların 9-u Ukraynada qalmağı seçir, 31 ailə isə Gürcüstanda Tiflis yaxınlığındakı Sartiçala kəndində məskunlaşdırılır.

Ailələrdən 118-i Gəncədən 7-8 km aralıqda yerləşən, yerli əhalisi Çar Rusiyasının hakimiyyətini qəbul etməyərək Osmanlı və ya İran ərazilərinə köçmüş Xanlıqlar kəndinə gətirilir. 91 ailə Şəmkir şəhərinin ətrafındakı ərazilərdə yerləşdirilir.

Almanlar burada təxminən 120 ildən çox yaşayıblar və SSRİ-nin İkinci Dünya müharibəsinə qoşulmasilə Sibirə və Qazaxıstana köçürülüblər.
Almanların II Dünya müharibəsi illərində Azərbaycanla bağlı bir neçə xüsusi planları olub. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. 

Rozenberqin “Qafqazın idarə olunması planı” na görə Azərbaycanda icraedici orqan olan “komisarlıq” yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Hələ 1941-ci il martın 27- də Almaniyanın “Kontinental neft cəmiyyəti” nə Bakıda neftin çıxarılması, emalı, daşınması ilə məşğul olacağı tapşırığı verilmişdi.

Digər Azərbaycanla bağlı Almaniyanın planı “Edelveys” planı idi ki, buda işğalçılıq məqsədi güdürdü. 

1945-1992-ci illərdə Almaniya ilə diplomatik münasibətlər demək olar ki, yox idi. Bunun əsas səbəbi Azərbaycanın SSRİ-nin tərkibində olması və Almaniyanın parçalanmış – iki hissədən ibarət olması idi. 

1992-ci ildə Almaniya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Belə ki, Almaniya 12 yanvar 1992-ci ildə bizim müstəqilliyimizi tanıyıb. 1992-ci ilin 2 sentyabr tarixində Azərbaycanın Almaniyada, 22 sentyabr tarixində isə Almaniyanın Azərbaycanda səfirlikləri açılmışdır. Azərbaycan Respublikasının Qərbi Avropada ilk səfirliyi məhz Almaniya Federativ Respublikasında açılmışdır.
1995-ci ilin dekabrında Almaniyanın o zamankı xarici işlər naziri Klaus Kinkelin Azərbaycana, 1996-cı ilin 1-4 iyulunda isə Azərbaycanın Prezidenti Heydər Əliyevin Almaniyaya səfərləri ölkələr araslnda yüksək səviyyəli ilk səfərlər olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə 2004, 2006, 2007, 2009, 2010, 2012, 2015, 2016 və 2017-ci illərdə Almaniyaya rəsmi və işgüzar səfərlər etmişdir.

AFR xarici işlər nazirlərindən 1995-ci ildə Klaus Kinkellə başlanan səfərlərə , 2001 və 2004-cü illərdə Yoşka Fişer, 2007, 2012-ci ildə Quido Vestervelle və 2014 və 2016-cı illərdə Frank-Valter Staynmayer Azərbaycan Respublikasına, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2006, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2016, 2017 və 2018-ci illərdə AFR-ə rəsmi və işgüzar səfərlər etmişdirlər.
Almanlar bizə yad deyil. Onların Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər də daxil olmaqla Almaniyanın 150-yə yaxın biznes subyekti Azərbaycanda hal-hazırda aktiv fəaliyyət göstərir. 

Azərbaycan regionda yeganə ölkədir ki, burada Almaniyanın Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü özündə birləşdirir.
Amma 2009-2016-ci illərdə Almaniya ölkəmizlə beynəlxalq təşkilatlar səviyyəsində qərəzli münasibət ortaya qoyub. 
II dünya müharibəsi illərində xeyli sayda azərbaycanlı əsir düşərək almaniyada yaşayıb. XX əsr ərzində isə bu ölkəyə müəyyən sayda həmvətənimiz mühacitər edib.


news24.az