Ağstafada hərbi sursatlar ZƏRƏRSİZLƏŞDİRİLDİ
    • 5-05-2020, 20:10
    • 649

Ağstafada hərbi sursatlar ZƏRƏRSİZLƏŞDİRİLDİ

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Ağstafa rayonunda Xüsusi Karantin rejimindən sonra ilk iş həftəsində toplanan partlamamış hərbi sursatlar zərərsizləşdiriblər. 

News24.az xəbər verir ki, toplanan hərbi sursatlar təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yaşayış yerindən 4 km uzaq məsafədə zərərsizləşdirilib. 700-dən çox partlamamış hərbi sursat zərərsizləşdirilib.

Qeyd olunub ki, zərərsizləşdirilən partlamamış hərbi sursatlar daha çox Ağstafa ərazisindən tapılıb. 1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı sursat anbarının partlayıb. Nəticədə 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb. Gəncə, Şəmkir, Tovuz, Qazaxdan da müraciətlər az olmur. ANAMA-ya tapılan sursatlar barədə daha çox 102 və 112 zəng mərkəzləri tərəfindən daxil olub.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu çağırış və müraciət əsasında axtarışlarını davam etdirirlər.