-
- 31-10-2019, 00:20
- 1 448
20 Yanvar qatilinin xatirəsini yad eden rektorun İSTEFASI tələb edilir
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın istefa verməsini tələb edir.
News24.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə paylaşıb: "Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva dərhal istefa verməlidir. Rəhbərlik etdiyi təhsil ocağında 20 Yanvar qatili Primakovun xatirəsinə esse müsabiqəsi təşkil etdiyi üçün barəsində cinayət işi başlanılmalıdır".
Məlumat üçün bildirək ki, bir neçə ictimai xadim həmin aksiyaya qoşularaq rektorun istefa verməsi üçün status paylaşıb.
Qeyd edək ki, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.