BDU-nun rektoru imkansız tələbələrə jest etdi -FOTO
    • 19-11-2019, 20:00
    • 759

BDU-nun rektoru imkansız tələbələrə jest etdi -FOTO

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev nəcib təşəbbüsü ilə diqqət çəkib.
News24.az xəbər verir ki, rektorun göstərişi ilə BDU-da təhsil alan az təminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik biri 3 manat civarında yemək kuponu pulsuz olaraq verilir. Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb. Onun sözlərinə görə, bu, noyabr ayının 1-dən etibarən həyata keçirilir.