-
- 31-10-2019, 14:44
- 752
Brüsseldə Beynəlxalq Avtobus Konfransı keçirildi - FOTOLAR
Oktyabrın 23-də Belçikanın paytaxtı Brüsseldə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyası (UITP) tərəfindən təşkil olunan UİTP-nin Beynəlxalq Avtobus Konfransı keçirilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 2 ildən bir təşkil olunan konfrans 40 ildir ki, keçirilir və dünyanın ən qədim eyni zamanda ən məşhur avtobus konfransı hesab edilir. Konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində sektorda baş verən dəyişikliklər, qlobal trendlər və inkişaf istiqamətləri ən son innovasiyalar, nəqliyyat həlləri və məhsulları haqda müzakirələr aparılıb.
Konfras çərçivəsində nümayəndə heyəti sessiyalarda iştirak edərək elektrik və digər yeni enerji avtobusları, gündəlik avtobus əməliyyatları, avtobusların saxlanması, idarəolunması, işçi heyət və s. üzrə xarici təcrübələrlə tanış olub, eyni zamanda Rusiya Federasiyasının Moskva və Moskva bölgəsində avtobus, trolleybus və tramvay şəbəkələri ilə işləyən dövlət şirkəti Mosgortransın rəhbəri Andrey Polyakov, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi nəzdində ictimai nəqliyyat xidmətləri göstərən İstanbul Elektrik Tramvay və Tunel Müəssisələri (İETT) təşkilatının Strateji inkişaf şöbəsinin rəhbəri Büşra Buran ilə görüşlər keçirərək gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb.
Nümayəndə heyəti dünyanın ən böyük avtobus sərgisi olan Busworld sərgi salonunu da ziyarət edib, yeni avtobus trendləri ilə tanış olub və bir sıra işgüzar görüşlər keçirib. Belə ki, “Volvo Buses” şirkətinin Orta Şərq, Afrika və MDB ölkələri üzrə vitse-prezidenti Manish Sahi, “Man Truck and Bus SE” şirkətinin satış və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Christian Fischer, “Bakulin Motors Group (Volgabus)” satış və məhsul üzrə vitse-prezidenti İvan Primerov, “Solaris Bus and Coach” şirkətinin biznesin inkişafı üzrə direktoru Adam Zielinski, “İVECO France” şirkətinin rəhbəri Stephane Espinasse, “Otokar” şirkətinin Avropa üzrə baş direktoru Ali Murat Atlas və bir çox digər avtobus şirkətlərinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib, elektrik avtobusları üzrə son yeniliklər barədə fikir mübadiləsi apararaq gələcək mümkün əməkdaşlıqlar barədə müzakirələr aparıb.