-
- 1-11-2019, 09:50
- 743
Daha 250 ailəyə meyvə bağları salındı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Sosial bağlar” layhəsinin ikinci mərhələsi kimi, daha 250 ailə üçün meyvə bağları salınır.
Nazirlikdən News24.az-a verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin ilk mərhələsi kimi, ötən il 37 rayonda 125 aztəminatlı ailə üçün müasir meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılaraq onların istifadəsinə verilib. Layihənin ikinci mərhələsində bundan iki dəfə çox olmaqla, cari ildə 250 ailə intensiv meyvə bağlarına sahib olacaq.
Bunun üçün hazırda müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 ha torpaq sahəsinin şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilməsi, 143 minə yaxın müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi, sahələrdə müasir damlama suvarma sistemlərinin quraşdırılması, təsərrüfatların mineral və üzvü gübrələrlə təmin edilməsi işləri aparılır. 22 hektardan çox ərazinin köhnə ağac və kötüklərdən, kollardan təmizlənməsi, 25 min metrdən çox məsafədə dayaqların basdırılması və çəpər çəkilməsi də görülən işlər sırasındadır.
Həmçinin suvarma sistemlərinin elektrik təchizatı üçün 9 min metrdən çox məsafədə elektrik dayaqlarının basdırılması, xətlərin çəkilməsi, sayğacların quraşdırılması, suvarma suyuna ehtiyacı olan sahələrin su təminatı üçün 6,2 min metrdən çox məsafədən plastik borularla suyun sahələrə gətirilməsi və s. nəzərdə tutulub.
Bağ təsərrüfatlarının suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili istqamətlərində də ailələrə dəstək göstərilməsi təmin olunacaq.
“Sosial bağlar” layihəsi daha 250 aztəminatlı ailənin özünüməşğulluğu və kiçik ailə biznesinə keçidinin təmin edilməsinə, eyni zamanda, yeni bağçılıq sahələrinin yaradılması ilə qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına öz dəstəyini verməkdədir.
Afaq Mirayiq