Əfqanıstan səfiri Azərbaycan Ali Hərbi Məktəbində - FOTOLAR
    • 2-11-2019, 14:27
    • 575

Əfqanıstan səfiri Azərbaycan Ali Hərbi Məktəbində - FOTOLAR

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, öncə qonaqlar məktəbin ərazisində ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Görüşdə ilk olaraq brifinq keçirilib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaranma tarixini və fəaliyyətini özündə əks etdirən qısametrajlı video-süjet təqdim edilib.

Sonda qonaq hərbi məktəbdə təhsil alan əfqan kursantlarla görüşüb.