Ombudsman Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub
    • 31-12-2019, 00:15
    • 2 195

Ombudsman Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub

Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təsdiq etdikləri birgə tədbirlər planına əsasən, Ombudsman
Səbinə Əliyevanın rəhbərliyi ilə aparatın əməkdaşları Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, qonaqlar əvvəlcə hərbi liseydəki Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Muzeylə tanışlıqdan sonra Ombudsman xatirə kitabına ürək sözlərini yazıb.
Sonra qonaqlar hərbi liseyin tədris korpusu, tibb məntəqəsi, idman kompleksi, eləcə də kursant yataqxanası, yeməkxana və digər inzibati binalara baş çəkiblər.
Sonda hərbi liseyin klubunda şəxsi heyətlə görüş keçirilib, tədrisdə, nizam-intizamda fərqlənən kursantlara xatirə hədiyyələri təqdim olunub.