Azərbaycanda doğuş vaxtı daha bir uşağın sümüyünü sındırdılar
    • 2-11-2019, 18:54
    • 981

Azərbaycanda doğuş vaxtı daha bir uşağın sümüyünü sındırdılar

Mingəçevirdə daha bir uşaq doğuş zamanı ağır xəsarət alıb.
News24.az -ın məlumatına görə, bu barədə 1 noyabr tarixində xəstəxanada doğuş həyata keçirən qadının həyat yoldaşı Xəyal Sadayev bildieib. Onun sözlərinə görə  yoldaşı Günay İlham qızı 1 noyabr tarixdə xəstəxanaya doğuş üçün gətirilib:”Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi.Bizim imkanımız olmadığına görə 50 manat verdik yenə qane olmadı üstünə 20 manat da qoyub 70 manat pul verdik. Uşaq da doğularkən körpücük sümüyünün qırığı ilə xəsarət alıb. Hal-hazırda uşağın gözündə, üzündə narahatçılıq var, vəziyyəti ağırdır. Uşaq dayanmadan ağlayır".
Qeyd edək ki, bir neçə gün əvvəl də Mingəçüvirdə körpə doğuş vaxtı ağır xəsarət almışdı.