Bərdədə dəhşətli partlayış oldu yaralılar var
    • 2-11-2019, 21:26
    • 1 404

Bərdədə dəhşətli partlayış oldu yaralılar var

Bərdə rayonunda "Amminal" partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb
News24.az xəbər verir ki, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində " Amminal" partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.
Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.