-
- 4-11-2019, 10:51
- 615
Metroda böyük narazılıq - elektron lövhələr insanları çaşdırdı -YENİLƏNDİ
Bu gün Bakı metrosunda insanların narazılığına səbəb olan növbəti anlaşılmazlıq elektron lövhələrlə bağlı olub. Belə ki, elektron lövhələr insanları səhv səmtə aparıb.
News24.az-a danışan Bakı sakini Ülviyyə Musayeva bildirdi ki, qatara “İçəri şəhər“ istiqamətində minsə də, “Dərnəgül” istiqamətində düşməli olub. Digər sərnişinlər də istiqamətin bu formada dəyişməsindən narazılıqlarını ifadə ediblər.
News24.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bunun da səbəbi gecikmələrlələ bağlı olub: “5 dəqiqə gecikməyə görə, bir neçə qatar yığılıb, o səbəbdən də monitorlarda da belə problemlər yaranıb. Artıq bu problem həllini tapıb”.
******
Bu gün Bakı Metropolitenində növbəti sıxlıq yaşanıb. İnsanlar qatardan istifadə edə bilməyiblər.
Bakı Metropoliteni QSC nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun News24.az a verdiyi məlumata görə, "Həzi Aslanov"-dan "İçəri şəhər" istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb: "Maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Ümumən xətdə 5 dəqiqəyədək ləngiməyə yol verilib".
Afaq Mirayiq