-
- 4-11-2019, 13:19
- 681
Qaz xəttini yenə qırdılar
Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.
“Azəriqaz” İB-dən News24.az-a verilən xəbərə görə, dünən anoloji hadisə 3-cü dəfə təkrarlanıb. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunub və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunub. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.