-
- 9-09-2019, 17:17
- 937
790 evə qazın verilişini bərpa etmək mümkün olmadı- “Azəriqaz” selin zədələdiyi kəməri bərpa edir
Goranboy rayonu Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək dünən səhər saat 06.00 radələrində qaz xəttini 2 hissəyə bölüb.
Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, təxirəsalınmaz tədbirlərlə 2200 abonentin qaz təminatı bərpa olunsa da, sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb. Hazırda əraziyə ağır texnika cəlb olunub və təmir işləri davam etdirilir.
Afaq Mirayiq