Biləsuvarda 7 otaqlı evdə YANĞIN
    • 4-11-2019, 16:42
    • 631

Biləsuvarda 7 otaqlı evdə YANĞIN

Biləsuvar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Biləsuvarda ümumi sahəsi 216 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.