Biləsuvarda 4 otaqlı ev yanıb
    • 25-03-2019, 19:44
    • 848

Biləsuvarda 4 otaqlı ev yanıb

Biləsuvar rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a veriilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının döşəməsi və ev əşyaları 3 m²  sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.