-
- 4-11-2019, 16:46
- 999
Energetika Nazirliyinin maliyyə əməliyyatlarında uyğunsuzluqlar AŞKAR EDİLDİ
Azərbaycanın Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi üzrə maliyyə əməliyyatlarının və təqdim olunan maliyyə hesabatlarının audit meyarları ilə müqayisədə uyğunsuzluq halları mövcuddur.
News24.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu, Dövlət büdcəsindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, eləcə də nazirlik sistemi üzrə daxilolmaların hesablanması və ödənilməsinə dair Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan uyğunluq auditinin nəticələri haqqında auditor hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, audit 2017-ci il 01 yanvar tarixindən 2018-ci il 31 dekabr tarixədək olan dövr əhatə olunmaqla 2019-cu ilin aprel ayının 23-dən may ayının 24-ü tarixinədək keçirilmişdir. Audit Energetika Nazirliyində və Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyində aparılıb.
Aparılan auditə görə, əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması təsdiq edilmiş müddətdən gec qeydiyyata alınmaqla əmək münasibətlərinin hüquqi qüvvəyə minməsi hallarına yol verilib.
Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsinin tələblərinə zidd olaraq, Qazaxıstan Respublikasının Astana şəhərində keçiriləcək “EXPO-2017 Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində işlərin gedişatına nəzarət etmək üçün ezam olunmuş aparat rəhbərinə 2017-ci ildə ezamiyyə norması ilə yanaşı ezamiyyə xərclərinin 1 günlük normasına 30% əlavələr hesablanaraq 9470,45 manat, həmçinin EXPO-şəhərciyində Azərbaycan tərəfindən fəaliyyət göstərəcək əməkdaşların müvəqqəti yerləşməsi üçün Nazirlik ilə mehmanxana arasında bağlanmış müqaviləyə uyğun vəsait köçürülsə də, aparat rəhbərinə gündəlik xərclərlə yanaşı əlavə mehmanxana xərci üzrə 16132,7 manat artıq vəsait ödənilib.
Bundan əlavə, sənədə əsasən, 2018-ci ildə Nazirlik və hüquqi şəxs arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən, 720 kv.m 3-cü mərtəbə Agentliyə verilmiş və il ərzində 138511,9 manat Nazirliyin aparatı üçün ayrılmış vəsaitdən əlavə xərc aparılıb.
Audit zamanı müəyyən edilib ki, Astana şəhərində keçirilən “EXPO-2017 Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində Azərbaycan Pavilyonunun direktor müavini vəzifəsinə müvəqqəti təyin olunmuş vətəndaş 16 iyun – 15 iyul 2017-ci il tarixlərində Astana şəhərində ezamiyyədə olduğu müddət ərzində EXPO-şəhərciyində Azərbaycan tərəfindən fəaliyyət göstərəcək əməkdaşların müvəqqəti yerləşməsi üçün nəzərdə tutulmuş mənzildə qaldığı halda, 6 gün üçün artıq 1 225,5 manat ezamiyyə xərci və işləmədiyi 16 iyul – 31 avqust 2017-ci il tarixləri üçün 1 930 manat əmək haqqı, cəmi 3 155,5 manat artıq vəsait ödənilib.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə tam əməl edilmədən Nazirlik tərəfindən bəzi hallarda ehtimal olunan qiymət müəyyən edilməmiş, bəzi hallarda müxtəlif təyinatlı mallar üzrə satınalma prosesi bağlanmış müqavilələr əsasında icra edilib, 29.3.-cü maddəsinin tələblərinə əsasən, tenderin keçirilməsi ilə bağlı xərclərdən 6451,0 manat artıq qalmış vəsait dövlət büdcəsinə köçürülmək əvəzinə Nazirliyin aparat xərclərinə yönəldilib”, - deyə məlumatda bildirilir.
Sənəddə göstərilir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.4-cü bəndinin tələblərinə əməl edilməyərək, ezamiyyə xərcləri üzrə 2016-2017-ci illərdə cəmi 49246,5 manat kreditor borc (müvafiq qaydada) öhdəlik götürülmədən növbə illər üçün ayrılan vəsait hesabına icra edilib.
Qeyd olunan çatışmamaqlardan audit zamanı başqa pozuntular da qeydə alınıb.
Beləliklə, yuxarıda qeyd edilənlər və Nazirlik tərəfindən təqdim olunan 2019-cu il 21,24 və 28 iyun tarixli məktublarla göstərilənlərə əsasən, dövlət büdcəsindən auditi aparılan Nazirliyə ayrılan vəsaitlərin istifadəsi üzrə maliyyə əməliyyatlarının və təqdim olunan maliyyə hesabatlarının audit meyarları ilə müqayisədə uyğunsuzluq halları mövcuddur.