-
- 4-11-2019, 20:57
- 952
Nuşirəvan Məhərrəmli özəl kanallardan narazıdır Reytinq xatirinə... BAYAĞILIQ, SÜNİLİK
"Azərbaycan televiziya məkanında müəyyən kanallar var ki, orada heç bir şou xarakterli verilişlər yoxdur, əksinə ictimaiyyəti narahat edən problemlər barədə layihələr mövcuddur".
News24.az bildirir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib. O, bildirib ki, bəzi özəl televiziyalarda bayağı verilişlər var: "Özəl sektorları ancaq maddiyyat maraqlandırır. Burada baş verən mənfi nöqsanlar ancaq reytinq üçündür. Reytinq qazanmaq üçün ciddi səhvlər buraxılır. Verilişlər bayağı, süni və şitdir. Daha sonra, özəl televiziyalarda yayımlanan seriallarda ailə predmeti çox eybəcər formada təqdim olunur".
Sevda Bayramova