Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya YOLLANDI
    • 5-11-2019, 14:36
    • 799

Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya YOLLANDI

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestri, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ölkəmizi Moskva şəhərində keçirilən “Katyuşa” hərbi-musiqi festivalında təmsil edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş XIV festival çərçivəsində təşkil olunan “Yaşasın Qələbə!” müsabiqəsinin şərtlərinə uyğun olaraq hər komanda hərbi vətənpərvərlik mahnıları, marşlar ifa edəcəklər.

Festivalın final mərhələsi noyabrın 8-də keçiriləcək.