Bakı sakinini bıçaqla hədələyib, avtomobilini OĞURLADI
    • 6-11-2019, 13:17
    • 538

Bakı sakinini bıçaqla hədələyib, avtomobilini OĞURLADI

Bakıda quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirməkdə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.

Əvəllər Cinayət Məcəlləsinin 221, 177, 234-cü maddələri məhkumluğu olan şübhəli şəxs 2015-ci ildən azadlıqda olub.