Fransız sayağı gülüş -SİRRİ
    • 6-11-2019, 22:45
    • 762

Fransız sayağı gülüş -SİRRİ

Fransız alimləri diş toxumasını bərpa etməyə imkan verən hel təqdim etməklə, stomatologiyada çevriliş yaratmaq niyyətindədirlər.
News24.az xəbər verir ki, onlar sümükləri və dişləri bərpa etməyə qadir olan eksperimental biomaterialı gəmiricilər üzərində uğurla sınaqdan keçirmişlər.
Bu o deməkdir ki, kariyesin adi müalicə prosesi – dişlərin yonulması, daha sonra plomblanması bəzi hallarda keçmişdə qala bilər. Heləbənzər formada olan maddənin dişlərə çəkilməsi diş toxumalarının özünübərpası prosesini stimullaşdırır.
Tədqiqat müəllifləri bildirirlər ki, indiki halda heldən yalnız cüzi diş zədələrinin müalicəsi üçün istifadə edilə bilər. Ciddi problemlər isə hələlik ənənəvi üsullarla müalicə olunacaqdır.