"Kanalizasiya xətlərinə tullantılar atılır"-
    • 7-11-2019, 12:13
    • 824

"Kanalizasiya xətlərinə tullantılar atılır"- "Azərsu" ASC-nin SƏDRİ

Bakıda bütün kanalizasiya xətləri mütəmadi təmizlənir, xüsusilə, yağış yağacağı haqda məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir".

News24.az-ın xəbərinə görə, bunu "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirərkən deyin. Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xəttlərinə çox yad tullantlar atılır: “Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Kanalizasiyalarda problem ola bilər, ya kanalizasiya tutulur və ya yağış suları çox olduğuna görə kalaizasiya sistemləri çatdıra bilmir. Digər tərəfdən Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xəttlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikirlir ki, bu da xəttlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlılqrının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.

Afaq Mirayiq