38 yaşlı baş həkim xərçəngdən vəfat etdi - FOTO
    • 7-11-2019, 19:33
    • 899

38 yaşlı baş həkim xərçəngdən vəfat etdi - FOTO

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.

News24.az BakuPost-a istinadən xəbər verir ki, Psixiatrın həkim qızı, Hippokrat klinikasının rəhbəri Leyla Tağızadə bu gün vəfat edib.
1981-ci il təvəllüdlü Leyla Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumun 3 övladı var.
Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru idi. Hər ikisi ABŞ prezidentinin qızı İvanka Trampın qatıldığı tədbirdə çıxış etmişdilər.