Qənirə Paşayeva:
    • 8-11-2019, 00:16
    • 2 014

Qənirə Paşayeva: "Təhsilin aşağı düşməsinə imkan verməməliyik"

Millət vəkili Q. Paşayeva Milli Məclis komitələrində 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində təkliflərlə çıxış edib.  

News24.az xəbər verir ki, Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q. Paşayeva çıxışında dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik deyərək, 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayaraq dəstəklədiyini deyib, kənd bölgələrində yaşayan insanlarımızın bir sıra təkliflərini səsləndirərək onların da gələn ilin büdcəsində nəzərə alınmasına çağırıb.

Millət vəkili Q. Paşayeva bölgələrdə yaşayan insanlarımızın səsinin dövlət qurumlarında daha çox eşidilməli olmasının vacibliyinə toxunaraq millət vəkili seçildiyi Tovuz rayonunun sakinlərinin bir sıra təkiflərini səsləndirib, müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb. Q. Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. Yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb. Cənab prezidentimiz İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb. Millət vəkili bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı cənab prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.  

Təhsilə, məktəblərin tikintisi və təmirə ayrılan vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyən millət vəkili Q.Paşayeva deyib: “Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisini və təmirinin surətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırırıq.

Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili Q. Paşayeva “Təhsilin aşağı düşməsinə imkan verməməliyik. Kəndlərdə təhsil düşərsə, bu ölkəmiz üçün problemlərin əsasını qoyacaq. Valideynlərin, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur deyib və dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulayaraq yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasına, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsini, bu prosesin sürətlə davam etməsinin vacibliyini xüsusi vurğulayaq müvafiq qurumlara çağırış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən cənab prezidentin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən daha da yüksək dəyərləndiriliyini vurğulayan Q. Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırışlar edib: “Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayını ilən ilə artmasını nəzərə alaraq bu məsələyə xüusi diqqət yetirməliyik və bu uşaqların ailələri ciddi dəstək gözləyir.”  

Aliment fondunun yaradılmasının vacibliyi barədə danışan millət vəkili Q. Paşayeva “artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır deyib və bu istiqamətdə ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin irəli sürdüyü təklifləri dəstəkləyirik deyib. Millət vəkili Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda baxılması və bu məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.

Millət vəkili Q.Paşayevanın çıxışını aşağıdakı linkdən izləyə bilərsiniz: