Sumqayıtda hadisə - Binanın 4-cü mərtəbəsidən...
    • 8-11-2019, 09:16
    • 638

Sumqayıtda hadisə - Binanın 4-cü mərtəbəsidən...

Sumqayıt şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumatda, 1 nəfərin beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istədiyi bildirilib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.