İstanbul Universitetinin professoru Salyanda qəfil vəfat etdi
    • 10-11-2019, 13:50
    • 827

İstanbul Universitetinin professoru Salyanda qəfil vəfat etdi

Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.
News24.az xəbər verir ki, məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. 
Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib.
Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.