Selin Ciyerci BAKIYA KÖÇÜR - VİDEO
    • 11-11-2019, 14:41
    • 927

Selin Ciyerci BAKIYA KÖÇÜR - VİDEO

Ötən axşam Türkiyənin 35 yaşlı məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib. Selini paytaxtımıza dünya şöhrətli stilist Anar Ağakişiyev dəvət edib.

News24.az xəbər verir ki, Selini hava limanında qarşılayan Anar jurnalistlərin suallarını cavablandırıb. O, Selinin gəlmə səbəbini açıqlayıb: "Selinin atası tekstil biznesi ilə məşğul olduğundan Bakıya tez-tez gəlir. O da Bakıya gəlmək, buranı görmək istəyirdi. Biz çox qonaqpərvərik və qapımız hamı üçün açıqdır. Selinin kosmetik markası var. İstəyirik ki, həmin kosmetik vasitələrin satışı Bakıda da keçirilsin. İlk növbədə Selin hoteldə dincələcək. Daha sonra onu Bakımızın göz muncuğu olan Qız Qalasına və digər gözəl, gəzməli yerlərinə aparıb, gəzdirəcəyəm. Bəlkə də, yaxın gələcəkdə Selin Bakıya köçdü".

Daha ətraflı videoda:


Sevda Bayramova