Cinsiyyətini dəyişdirən Selin Bakıda - VİDEO
    • 10-11-2019, 22:10
    • 1 536

Cinsiyyətini dəyişdirən Selin Bakıda - VİDEO

Türkiyəli fenomen Selin Ciğerci Bakının qonağıdır.

News24.az xəbər ki, o, ilk növbədə, hava limanında jurnalistlərin suallarını cavablandırıb. Selin Ciğerci bildirib ki, ilk dəfədir ölkəmizdədir: "Sizin burada olmağınızdan xəbərdar idim, təəcüblənmədim. Özüm ilk dəfədir ki, Bakıya gəlirəm, amma atam tez-tez ölkənizin qonağı olur, çünki tekstilçidir. Azərbaycanlıları çox sevirəm. Bura, həm iş, həm də gəzmək üçün gəlmişəm. Bakıda həmdə kosmetik vasitələrimi nümayiş etdirəcəyəm".
Selin həmçinin, fenomenliyindən danışıb: "Fenomen olmaq olduqca əyləncəlidir".
Fenomen bu yaxınlarda qurduğu ailə həyatından söhbət açıb: "Çox xoşbəxtəm. Onu qısqanmıram. Təəssüf ki, onun işi olduğundan Bakıya gələ bilmədi. Amma gələcəkdə Bülent Ərsoy ilə yeni layihəmiz olacaq. Bəlkə onda Gökhan da bizimlə gələr. Həyat yoldaşımla bal ayına hələ çıxmamışıq, amma yeni ildə Rizeyə getməyi düşünürük".
Ciğerci "Toyunuzda niyə Kerimcan Durmaz iştirak etməyib" sualına cavab verib: "Kərimcan dostumdur, amma o ərəfələrdə işləri var idi, ona görə toyumuza gələ bilmədi".
O, həmçinin Türkiyə mediasında yayılan Demet Akalınla incikliyin olması dedi-qodularına da son qoyub: "Dostların arasında soyuq küləklər əsə bilər, əsas odur ki, nəticə yaxşı olsun. Demet məni "İnstagram"dan çıxartmayıb".

Sevda Bayramova