Həbib Putinlə görüşlərindən danışdı
    • 12-11-2019, 21:38
    • 898

Həbib Putinlə görüşlərindən danışdı "Çox yorulub"

UFC çempionu Həbib Nurməhəmmədov Rusiya prezidenti Vladimir Putinlə görüşlərindən sonra təəssüratlarından danışıb.
News24.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Putinlə 2 dəfə görüşən Həbib onun çox yorğun olduğunu deyib:
“Onunla bir neçə dəfə görüşmüşəm. Bütün bu görüşlər məndə belə bir təəssürat yaratdı ki, Putin bu təlaşlardan çox yorulub”.
Qeyd edək ki, Nurməhəmmədov sonuncu dəfə bu ilin sentyabrında Əbu-Dabidə Dastin Poryeyə qalib gəldikdən sonra Putinlə görüşüb.