Həbib Putinlə görüşə getdi
    • 10-10-2018, 18:30
    • 1 240

Həbib Putinlə görüşə getdi

UFC üzrə çempion Həbib Nurməhəmmədov Ulyanovskda keçiriləcək “Rusiya: idman dövləti” idman forumuna yola düşüb.
 Döyüşçü forumda digər idmançılarla birlikdə ölkə prezidenti Vladimir Putinlə görüşəcək.
Prezident və döyüşçünün ayrı görüşü planlaşdırılmayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
Döyüşdən sonra Putin idmançı telefonla şəxsən təbrik edib.