-
- 27-08-2018, 18:45
- 1 018
Oğru dünyasının yeni kralı kimdir? - DOSYE
Ötən istirahət günlərində son vaxtların Rusiya kriminal dünyasının əsas intriqalarından biri sona çatıb. Mafiya klanları Şakro Molodoyun 10 illik həbs müddətində Rusiyada əsas oğru taxtına kimin əyləşəcəyinə aydınlıq gətiriblər. Seçkilər Şakro Molodoyun həbsdə qalacağı dəqiqləşdikdən sonra, 2017-ci ilin yanvarından başlayıb.
Bir il yarım müddətində kriminal aləmdə danışıqlar və namizədlərin müzakirəsi ləng gedirdi, ancaq indi mafia başçıları əsas oğrunu tələsik seçdilər.
Bunun üçün bəzi səbəblər var: “Qara delsin” koloniyasından tezliklə Taro ləqəbli 60 yaşlı “qanuni oğru” Tariel Oniani azadlığa buraxılacaq. O, Rusiyanın baş oğrusu tituluna əsas namizədlərdəndir.
“Rosbalt” agentliyinin məlumatına görə, seçkilərdə Şişkan vvə ya Oleq Ramenski ləqəbi ilə tanınan 56 yaşlı “qanuni oğru” Oleq Şişkanov (Mixaylov) qalib gəldi. Məhz o, bundan sonra mafiya klanları arasındakı mübahisəli məsələləri həll edəcək.
Şişkanın qətl və zorakılıq ittihamı ilə həbsxanada yatmasına baxmayaraq, o, həmkarlarının arasında xüsusi avtoritetə sahibdir və köhnə oğru ənənələrinin mühafizəçisi sayılır.
“Rosbalt”ın məlumatına görə, Şişkanı “qanuni oğru” Mixail Voevodin (Mixail Lujnetski) taclandırıb. Bundan başqa, kriminal kralını salamlamaq üçün Şişkanın dar dairəsi də yığışıb – Vasiliy Xristoforov (Vasya Voskres), Dmitriy Çanturiya (Miron), Aleksey Petrov (Petrik), Sergey Aksyonov (Aksen), Bardi Koquaşvili (Bardi Kutaisski), Kaxaber Parpaliya (Kaxa), Elduca Turkadze (Quca Kutaisski), Merab Qoqiya (Meliya).
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “sxodka”da 46 yaşlı “oğru” Vasya Voskreslə Meliyanın Şişkanın köməkçiləri təyin edilməsi qərarı verilib. Şakro istintaq altında olan zaman “baş ofisə” məhz Vasya Voskres rəhbərlik edirdi.
“Life”ın məlumatına görə, məhz Meliyanın dəstəyi ilə Şişkan baş oğru taxtına sahib olub. Ekspertlər qeyd edib ki, onları Şakro tanış edib.
Kutaisidən olan “qanuni oğru” Meliya Vasi Voskresdən fərqli olaraq, ötən əsrin 80-cı illərində taclandırılıb. O, ömrünün 25 ilini həbsxanada keçirib. 90-cı illərin sonunda Meliya İspaniyada qərarlaşıb və buradakı “Rusiya mafiyası” işində əsas fiqur olub.
2007-ci ildə o, Gürcüstana ekstradisiya edilib və Mixail Saakaşvilinin ikinci seçkiqabağı prezidentlik kampaniyasına külli miqdarda pul ayırmaqla tezliklə azadlığa buraxılıb. 2008-ci ildə Tbilisidən Moskvaya köçüb.
Ənənələri qoruyan
Şişkan kriminal aləmdə layiqli adam sayılır. 1982-ci ildə o, qətl və təcavüz ittihamı ilə 18 yaşında həbs olunub. İstintaqın məlumatına görə, Şişkanov dostları ilə birlikdə qızı zorlayıb, daha sonra öldürüblər. İzi itirmək üçün onlar meyiti yandırıblar. Oleq Şişkanov həbs olunan zaman o, bütün işi öz üzərinə götürüb.
Kriminal aləmdə əfsanə gəzir ki, 18 yaşlı Şişkan, əslində, bu cinayətdə iştirak etməyib və xeyirxah əməl edib: özündən böyük avtoritet həmkarlarının əməllərini özü üzərinə götürüb. Məlumatlara görə, o, bu işə görə 10 il həbs cəzası alıb.
Həmin 10 illik həbs həyatını Şişkan Sovetin ən ağır həbsxanalarında keçirib. Bütün yerlərdə o, oğru kodekslərinə əməl edib.
“1992-ci ildə azadlığa çıxdıqdan bir il sonra Şişkan 28 yaşında Moskvanın “İsmaylovo” hotel kompleksində keçirilən “sxodka”da qanuni oğru olub. Onu Şakro Molodoy taclandırıb. Kriminal aləmdə Şişkanın xeyirxah əməli belə qiymətləndirilib”, - Rusiya DİN-in mənbəsi “Life”a danışıb. – Ona görə də baş oğru tacını qazanan Şişkan Şakro Molodoy azad edilənədək onun qoruyucusu sayılacaq.
Futbolçu və biznesmen
Şakro Molodoy əlaltılarına Moskva yaxınlığındakı Jukovsk, Ramensk və Maxalov şəhərlərində kommersiya strukturlarına nəzarət etməyi tapşırıb.
“Oleq Ramenski “Malaxov myasokombinat”ın, “Ramensk” Plemzavodu”nun , “Ramensk” Templistı”nın və digər şirkətlərin sahibi oldu, - Moskva yaxınlığındakı polis idarəsinin nümayəndəsi bildirib – Ancaq Oleq Şişkanovun ən möhtəşəm layihələrindən biri 1997-ci ildə başlanıb. O, Ramenskin “Saturn” futbol klubunu alıb.
Polisin sözlərinə görə, məhz 1997-ci ildə “oğru” şleyfindən azad olmaq istəyən Şişkanov soyadını dəyişərək Mixaylov qoyub.
Saturn futbol klubu
Şişkanov 1998-ci ildə Moskvada dindirilmə zamanı bildirib ki, “Saturn” onun dəstəyi ilə yüksək liqaya düşüb.
“Mən yerli “Saturn” klubunun sahibi oldum və onu maliyyələşdirməyə başladım”, - avtoritet etiraf edib.
1999-cu ildə Şişkanın Ramensk rayonundakı evində axtarış aparılıb. Axtarış zamanı çox sayda silah-sursat, eləcə də, külli miqdarda pul aşkar edilib.
Belə ki, “Bruklin şəhər bankı” qutusunda istintaqçılar 1,2 milyon dollar və 3 milyon rubl aşkar ediblər. Ancaq avtoritet evdə tapılmayıb. Əməliyyatçıların fikrincə, o zaman avtoritet İspaniyada gizlənməyə müvəffəq olub.
“Oleq Şişkanov özünün şəxsi qruplaşmasını yaratmışdı. Bu qruplaşma sərt strukturlaşmışdı. Qruplaşmanın hər bir bölməsi ona tapşırılan ərazini nəzarətdə saxlayırdı”, - polis nümayəndəsi qeyd edib.
Şişkan 2009-cu ildə əfsanəvi “qanuni oğru” Vyaçeslav İvankov (Yaponçik) ilə vidalaşmaq üçün İspaniyadan Rusiyaya qayıdıb. Qeyd edək ki, həmin dövrlər onlar ayrı klanlara məxsus idilər.
Şişkanın Rusiyaya qayıtmasından bir il sonra ona qarşı qanunsuz silah-sursat saxlama maddəsi ilə cinayət işi başlandı. Ancaq 1999-cu ildə evində tapılmış silah və hərbi sursat, eləcə də, dəlillər onun həbsə salınması üçün kifayət etmədi.
2012-ci ildə Şişkanov Ramens rayon deputatı Tatyana Sidorovanın ölümündə ittiham olundu. Şişkanov onunla birgə biznesə malik idi. Hansısa müddətdə onlar arasında əməkdaşlıq pozuldu və bir-birinə qarşı iddialar ortaya çıxdı. Bu cinayətlə bağlı istintaq yarımçıq dayandırıldı.
Şişkan mafiya qruplaşmaları arasında münaqişələr zamanı neytral qalmağı ilə məşhurdur.
Sonuncu dəfə onun adı KİV-də 2017-ci il noyabrın 17-də çəkilib. O zaman Şişkan 50 yaşını qeyd edən hüquq elmləri doktoru, kriminal avtoritet Dmitriya Pavlovun (Pavlika) yubileyində görünüb. Tədbir “Moskva-Siti” kompleksinin mühafizəçiləri ilə Pavlika arasında atışma ilə başa çatıb. oxu.az
Bir il yarım müddətində kriminal aləmdə danışıqlar və namizədlərin müzakirəsi ləng gedirdi, ancaq indi mafia başçıları əsas oğrunu tələsik seçdilər.
Bunun üçün bəzi səbəblər var: “Qara delsin” koloniyasından tezliklə Taro ləqəbli 60 yaşlı “qanuni oğru” Tariel Oniani azadlığa buraxılacaq. O, Rusiyanın baş oğrusu tituluna əsas namizədlərdəndir.
“Rosbalt” agentliyinin məlumatına görə, seçkilərdə Şişkan vvə ya Oleq Ramenski ləqəbi ilə tanınan 56 yaşlı “qanuni oğru” Oleq Şişkanov (Mixaylov) qalib gəldi. Məhz o, bundan sonra mafiya klanları arasındakı mübahisəli məsələləri həll edəcək.
Şişkanın qətl və zorakılıq ittihamı ilə həbsxanada yatmasına baxmayaraq, o, həmkarlarının arasında xüsusi avtoritetə sahibdir və köhnə oğru ənənələrinin mühafizəçisi sayılır.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “sxodka”da 46 yaşlı “oğru” Vasya Voskreslə Meliyanın Şişkanın köməkçiləri təyin edilməsi qərarı verilib. Şakro istintaq altında olan zaman “baş ofisə” məhz Vasya Voskres rəhbərlik edirdi.
“Life”ın məlumatına görə, məhz Meliyanın dəstəyi ilə Şişkan baş oğru taxtına sahib olub. Ekspertlər qeyd edib ki, onları Şakro tanış edib.
Kutaisidən olan “qanuni oğru” Meliya Vasi Voskresdən fərqli olaraq, ötən əsrin 80-cı illərində taclandırılıb. O, ömrünün 25 ilini həbsxanada keçirib. 90-cı illərin sonunda Meliya İspaniyada qərarlaşıb və buradakı “Rusiya mafiyası” işində əsas fiqur olub.
2007-ci ildə o, Gürcüstana ekstradisiya edilib və Mixail Saakaşvilinin ikinci seçkiqabağı prezidentlik kampaniyasına külli miqdarda pul ayırmaqla tezliklə azadlığa buraxılıb. 2008-ci ildə Tbilisidən Moskvaya köçüb.
Ənənələri qoruyan
Şişkan kriminal aləmdə layiqli adam sayılır. 1982-ci ildə o, qətl və təcavüz ittihamı ilə 18 yaşında həbs olunub. İstintaqın məlumatına görə, Şişkanov dostları ilə birlikdə qızı zorlayıb, daha sonra öldürüblər. İzi itirmək üçün onlar meyiti yandırıblar. Oleq Şişkanov həbs olunan zaman o, bütün işi öz üzərinə götürüb.
Kriminal aləmdə əfsanə gəzir ki, 18 yaşlı Şişkan, əslində, bu cinayətdə iştirak etməyib və xeyirxah əməl edib: özündən böyük avtoritet həmkarlarının əməllərini özü üzərinə götürüb. Məlumatlara görə, o, bu işə görə 10 il həbs cəzası alıb.
Həmin 10 illik həbs həyatını Şişkan Sovetin ən ağır həbsxanalarında keçirib. Bütün yerlərdə o, oğru kodekslərinə əməl edib.
“1992-ci ildə azadlığa çıxdıqdan bir il sonra Şişkan 28 yaşında Moskvanın “İsmaylovo” hotel kompleksində keçirilən “sxodka”da qanuni oğru olub. Onu Şakro Molodoy taclandırıb. Kriminal aləmdə Şişkanın xeyirxah əməli belə qiymətləndirilib”, - Rusiya DİN-in mənbəsi “Life”a danışıb. – Ona görə də baş oğru tacını qazanan Şişkan Şakro Molodoy azad edilənədək onun qoruyucusu sayılacaq.
Futbolçu və biznesmen
Şakro Molodoy əlaltılarına Moskva yaxınlığındakı Jukovsk, Ramensk və Maxalov şəhərlərində kommersiya strukturlarına nəzarət etməyi tapşırıb.
“Oleq Ramenski “Malaxov myasokombinat”ın, “Ramensk” Plemzavodu”nun , “Ramensk” Templistı”nın və digər şirkətlərin sahibi oldu, - Moskva yaxınlığındakı polis idarəsinin nümayəndəsi bildirib – Ancaq Oleq Şişkanovun ən möhtəşəm layihələrindən biri 1997-ci ildə başlanıb. O, Ramenskin “Saturn” futbol klubunu alıb.
Polisin sözlərinə görə, məhz 1997-ci ildə “oğru” şleyfindən azad olmaq istəyən Şişkanov soyadını dəyişərək Mixaylov qoyub.
Saturn futbol klubu
Şişkanov 1998-ci ildə Moskvada dindirilmə zamanı bildirib ki, “Saturn” onun dəstəyi ilə yüksək liqaya düşüb.
“Mən yerli “Saturn” klubunun sahibi oldum və onu maliyyələşdirməyə başladım”, - avtoritet etiraf edib.
1999-cu ildə Şişkanın Ramensk rayonundakı evində axtarış aparılıb. Axtarış zamanı çox sayda silah-sursat, eləcə də, külli miqdarda pul aşkar edilib.
Belə ki, “Bruklin şəhər bankı” qutusunda istintaqçılar 1,2 milyon dollar və 3 milyon rubl aşkar ediblər. Ancaq avtoritet evdə tapılmayıb. Əməliyyatçıların fikrincə, o zaman avtoritet İspaniyada gizlənməyə müvəffəq olub.
“Oleq Şişkanov özünün şəxsi qruplaşmasını yaratmışdı. Bu qruplaşma sərt strukturlaşmışdı. Qruplaşmanın hər bir bölməsi ona tapşırılan ərazini nəzarətdə saxlayırdı”, - polis nümayəndəsi qeyd edib.
Şişkan 2009-cu ildə əfsanəvi “qanuni oğru” Vyaçeslav İvankov (Yaponçik) ilə vidalaşmaq üçün İspaniyadan Rusiyaya qayıdıb. Qeyd edək ki, həmin dövrlər onlar ayrı klanlara məxsus idilər.
Şişkanın Rusiyaya qayıtmasından bir il sonra ona qarşı qanunsuz silah-sursat saxlama maddəsi ilə cinayət işi başlandı. Ancaq 1999-cu ildə evində tapılmış silah və hərbi sursat, eləcə də, dəlillər onun həbsə salınması üçün kifayət etmədi.
2012-ci ildə Şişkanov Ramens rayon deputatı Tatyana Sidorovanın ölümündə ittiham olundu. Şişkanov onunla birgə biznesə malik idi. Hansısa müddətdə onlar arasında əməkdaşlıq pozuldu və bir-birinə qarşı iddialar ortaya çıxdı. Bu cinayətlə bağlı istintaq yarımçıq dayandırıldı.
Şişkan mafiya qruplaşmaları arasında münaqişələr zamanı neytral qalmağı ilə məşhurdur.
Sonuncu dəfə onun adı KİV-də 2017-ci il noyabrın 17-də çəkilib. O zaman Şişkan 50 yaşını qeyd edən hüquq elmləri doktoru, kriminal avtoritet Dmitriya Pavlovun (Pavlika) yubileyində görünüb. Tədbir “Moskva-Siti” kompleksinin mühafizəçiləri ilə Pavlika arasında atışma ilə başa çatıb.