Cinayətdə şübhəli bilinən 36 nəfər ƏLƏ KEÇDİ - DİN
    • 13-11-2019, 11:15
    • 346

Cinayətdə şübhəli bilinən 36 nəfər ƏLƏ KEÇDİ - DİN

Noyabr ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.      

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.
  
Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
    
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.