-
- 28-08-2018, 10:15
- 973
Gürcüstana gedib-gələnlərə - ŞAD XƏBƏR
Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək.
Bu barədə “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin rəhbəri Məzahir Əfəndiyev deyib.
M.Əfəndiyev qeyd edib ki, sözügedən Mərkəz və laboratoriya regional səviyyədə ticarət imkanlarının genişlənməsinə və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək.