Almaniyada pensiyaya çıxmış 86 yaşlı babanın fırıldağı 48 il sonra üzə çıxdı
    • 28-08-2018, 11:29
    • 636

Almaniyada pensiyaya çıxmış 86 yaşlı babanın fırıldağı 48 il sonra üzə çıxdı

Trabzonun Akçaabad qəsəbəsində yaşayan Musa Dədə 1970-ci ildə Almaniyaya fəhlə  kimi işləməyə getmək istəyib və əmisi oğlu ilə birlikdə müvafiq ərizə ilə müraciət edib. 

News24.az-ın məlumatına görə, Musa Dədənin müraciətinə cavab verilməsə də, əmioğlunun müraciətinə "hə" cavabı gəlib . O ərəfədə xəstə olan əmioğlu Veysəl K. Almaniyaya gedə bilməyib və onun pasportuna öz şəklini yapışdıran Musa Dədə bu fürsətdən istifadə edib. Beləcə Almaniya yolçuluğu başlayıb və Musa Dədə 48 il ərzində iki ölkə arasında müntəzəm səfərlərini saxta pasportla həyata keçirib, bu pasport əsasında Almaniyadan pensiyayaya çıxıb. 

Yalnız 86 yaşına çatanda, 48 il sonra türk polisi Musa Dədənin saxtakarlığını üzə çıxara bilib. İndi Musa Dədəni sənəd saxtakarlığı səbəbi ilə həbs cəzası gözləyir.