Baş Narkotiklərlə Mübarizə İdarəsində YENİ TƏYİNAT
    • 23-01-2020, 18:22
    • 1 290

Baş Narkotiklərlə Mübarizə İdarəsində YENİ TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.