-
- 6-01-2020, 16:07
- 730
Bakı prospektində dəhşətli hadisə - Ər və arvadı öldü
2017-ci ilin noyabr ayında Bərdədə ağır yol qəzası törətmiş və məhkəmənin hökmü ilə məhkum edilmiş sürücü Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 263.3-cü, yəni 2 və ya daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Cəfərov Malik Baloğlan oğlu Ali Məhkmədən barəsindəki qərarın dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2017-ci ilin noyabrında Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.
Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.