Azərbaycanda 1 kənddən 4 nəfər eyni anda öldü – DƏHŞƏTLİ HADİSƏ
    • 18-11-2019, 12:38
    • 1 799

Azərbaycanda 1 kənddən 4 nəfər eyni anda öldü – DƏHŞƏTLİ HADİSƏ

2017-ci ildə Ələt-Astara magistralında 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası səbəbindən həbs edilən sürücü Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, idarə etdiyi mikroavtobusu yük maşınına çırpan və eyni kənddən 4 nəfərin ölümünə səbəb olan sürücü Fərəcov Elturan Qılman oğlu Ali Məhkəməyə müraciət edərək barəsində Cinayət Məcəlləsinin 263.3-cü, yəni, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə açılan işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı maşının sərnişinlərindən dörd nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu dünyasını dəyişib.

Bundan başqa, qəzada iki nəfər də yaralanıb. Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

Qəza zamanı yalnız “KamAZ”ın sürücüsü ilə mikroavtobusun sürücüsü, Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.

Qəzadan sonra Elturan Fərəcov həbs edilib.