Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillər toqquşub. 

Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb. //APA 

Teglər: Azərbaycan Bakı dəhşətli qəza avtomobil qəzası
Kotanli