Gədəbəydə iki avtomobil toqquşdu, ana və oğlu öldü - YENİLƏNDİ - FOTO
    • 28-02-2020, 16:50
    • 712

Gədəbəydə iki avtomobil toqquşdu, ana və oğlu öldü - YENİLƏNDİ - FOTO

Gədəbəydə baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.

Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

***
saat 13:34

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. “”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır. /APA/