-
- 18-11-2019, 12:08
- 735
Komitə sədri: "Azərbaycanda 145 qadın şəxsi biznesini yaradıb"
"Azərbaycanın 8 rayonunda fəaliyyət göstərən resurs mərkəzlərinin yaradılması təşəbbüsü nəticəsində 145 qadın şəxsi biznesini yaradıb".
News24.az-ın məlumatına görə, bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” II Forumda çıxış edərkən Ailə, Qadın və Uşaq problemləri Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, bütövlükdə mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur. "Qarşımızda dayanan vəzifələrdən biri sahibkar qadınlara yeni bazarlara çıxış imkanların yaradılmasıdır. Düşünürəm ki, həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələr qurulması, şəbəkələrin yaradil və bu məsələləri biz bütün səviyyələrdə qaldırılsın",- deyə H. Hüseynova qeyd edib.
Komitə sədri qeyd edib ki, qadın sahibkarlığı sahəsində bir sıra yeniliklər müşahidə edilir. Onun sözlərinə görə, qadın sahibkarların sayı ilbəil artır: "Bu isə əhalinin həyat tərzinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılmasına səbəb olur. Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməldir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir".
O qeyd edib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarlığın istehsal etdiyi məhsullarının çıxışı daha da artırılmalıdır.
Afaq Mirayiq