-
- 18-11-2019, 12:15
- 908
Cəlil Məmmədquluzadənin nəticəsi ev-muzeyinin açılışında - FOTOLAR
Noyabrın 18-də Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, mədəniyyət və ictimaiyyət xadimləri ilə yanaşı Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər həm də çox böyük azərbaycanlıdır: "O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışan, insanlarımızın cəhalətdən, dini mövhumatdan, mollalıq dini tərbiyəsindən azad olmaq üçün çalışan insandır. Bəlkə də üstündən 150 il keçəndən sonra Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər. Bu gün onun ev mzeyinin təmirdən sonra yenidən açılmasına görə çox sevinirəm. Bu gün muzeydə yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə ordakı ekspozisiyalarının daha da genişləndirilməsində böyük rol oynayacaq".
Xalq yazıçısı Anar isə qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər də olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb: "Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb.
Həmidə xanım xatirələrində yazır ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir".
Akademik İsa Həbibbəyli çıxış edərık 68 illik fasilədən sonra Mircə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirib: "Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadənin nəticəsi və kötücəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə özünün ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımı diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları bura onunla görüşə gəlib".
Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bikditib: "Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq".
Çıxışlardan sonra qırmızı lent kəsilib və qonaqlar muzeyi ziyarət ediblər.
Qeyd edək ki, qonaqlar bundan əvvəl Fəxri Xiyabanda olub, C.Məmmədquluzadənin məzarını ziyarət ediblər. /apa/