Cəlil Məmmədquluzadənin nəticəsi:
    • 18-11-2019, 17:53
    • 811

Cəlil Məmmədquluzadənin nəticəsi: "15 il əvvəl bildim ki, ulu babam azərbaycanlıdır" - VİDEO

“Əvvəl babam haqqında xəbərim vardı, amma təsəvvürümə gətirə bilmirdim ki, o, Azərbaycan milləti-xalqı üçün bu qədər önəmli bir şəxsiyyətdir”.

News24.az xəbər verir ki, bunu Reporta müsahibəsində Bakıda səfərdə olan Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

Onun sözlərinə görə, Azərbaycana akademik İsa Həbibbəyli və Mədəniyyət Nazirliyinin dəvəti ilə gəlib: “Gəldiyim üçün məmnunam. Mən Polşada anadan olmuşam və 35 ildir orada yaşayıram. Uşaq vaxtı İrana köçdük və həyatımın 14 ilini Tehranda yaşadım. Polşada böyük bir firmada mühəndis vəzifəsində işləyirəm. Bəzi qohumlarımızla əlaqə saxlayıram. Onların bəziləri İrlandiyada yaşayır. Amma əksəriyyəti ilə, əsasən də, İranda yaşayanlarla əlaqəm yoxdur. Azərbaycana çoxdan gəlmək istəyirdim. Hardasa 15 il əvvəl bildim ki, mənim ulu babam azərbaycanlıdır və Azərbaycanda görkəmli şəxsiyyət olub. Təəssüflər olsun ki, indiyə kimi gələ bilməmişəm”.