Aygün Kazımovanın yeni mahnısı    Türkiyənin gündəmində
    • 20-11-2019, 00:09
    • 1 640

Aygün Kazımovanın yeni mahnısı   Türkiyənin gündəmində

Xalq artisti Aygün Kazımovanın yeni təqdim etdiyi "Ehtiyacım var" adlı klipinin səsi artıq Türkiyədən eşidilir.

News24.az xəbər verir ki, klip TMB TV-də yayımlanmağa başlayıb. Azərbaycanlı rejissor Elmar Bayramovun ekranlaşdırdığı klip Amerikada çəkilib.
Onu da əlavə edək ki, bir neçə gün öncə təqdim olunan klipin “Youtube” şəbəkəsində baxış sayı 100 mini keçib.
Qeyd edək kİ, “Ehtiyacım var”ının sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İ.Əsədova, aranjımanı isə Samir Sultanova məxsusdur. Aygünün tərəf müqabili modelyer-dizayner Rüfət İsmayıldır.