Lukaşenko oğluna vəzifə verdi
    • 20-11-2019, 00:40
    • 1 033

Lukaşenko oğluna vəzifə verdi

Avropanın demokratiyaya həsrət ölkələrindən sayılan Belarusda prezident ailəsinin üzvü vəzifəyə təyin olunub.

News24.az xəbər verir ki, prezident Aleksandr Lukaşenko böyük oğlu Viktoru Milli Olimpiya Komitəsinin vitse-prezidenti postuna gətirib.
 
Belarus dövlət başçısı oğluna vəzifə verib. Amma Lukaşenko bunu boynuna almır. Prezidentin dediyinə görə, təşəbbüs ondan gəlməyib.
 
Əslində, Viktorun buna qədər vəzifəsi vardı. Böyük oğul atanın təhlükəsizlik məsələləri üzrə köməkçisi idi. İndi o sual açıq qalır ki, Viktor bu vəzifədən gedəcək, ya yox.
 
Lukaşenko deyir ki, oğlunun köməkçi vəzifəsindən getməsi böyük itki olardı. Çünki Viktor onunla güc strukturları arasında vasitəçi rolunu oynayır.
 
Bundan əvvəl Qərb mətbuatı Lukaşenkonun prezident postunu böyük oğluna ötürmək istəməsini yazmışdı. Prezidentdən təkzib gəlmişdi. (Bizimyol.info)