DİN: Axtarışda olan 19 nəfər TUTULDU
    • 20-11-2019, 11:18
    • 625

DİN: Axtarışda olan 19 nəfər TUTULDU

Noyabr ayının 19-dan 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
    
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.