-
- 20-11-2019, 15:51
- 804
Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə GÖRÜŞÜB - FOTOLAR
Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə görüşüb.
News24.az bildirir ki, UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşlər keçirilib.
Görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılmışdır. Nazir Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan "Bakı Prosesi" və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verilib.
İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə keçirilmiş görüşdə nazir Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirak məqsədilə İsveçrəyə səfərini xatırlayaraq Forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd etmişdir. İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən Əbülfəs Qarayev hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını və İsveçrə innovasiya və yaradıcı sənaye sahələrində öndə gedən ölkələrdən biri olduğundan Azərbaycanın bu sahədə İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırılıb.
Nazir, həmçinin Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu qeyd edərək müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edilib.
Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə keçirilmiş görüşdə də iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi vurğulanmışdır.
Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə Əbülfəs Qarayev Koreyanın yaradıcı sənaye sahəsində inkişaf etmiş ölkə olduğu və Mədəniyyət Nazirliyinin bu sahədə Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirilib.
Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə görüşdə Əbülfəs Qarayev cari ilin dekabr ayında Kolumbiyada keçiriləcək UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın komitə üzvü kimi iştirak edəcəyini bildirmişdir. O, 2013-cü ildə sözügedən Komitənin iclasının Bakıda keçirildiyini qeyd edərək tədbirin təşkilində uğurlar arzulayıb.
Tunisin Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşdə Əbülfəs Qarayev cari ilin 17-19 dekabr tarixlərində "Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019" Mədəniyyət ili çərçivəsində Tunisdə keçiriləcək Mədəniyyət nazirlərinin 11-ci İslam Konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin iştirak edəcəyini bildirmiş və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramının razılaşdırılacağını qeyd edib.
Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumunda iştiraka dəvət etmişdir.
Nazir Əbülfəs Qarayev Forum çərçivəsində Burkina-Faso, İspaniya, Braziliya, Çin, Menteneqro və digər ölkələrin nazir və nazir müavinləri ilə müzakirələr aparılıb.
Sevda Bayramova