Azərbaycanla Əlcəzair mədəniyyət sahəsində əməkdaşlıq edəcək
    • 3-05-2019, 20:27
    • 1 089

Azərbaycanla Əlcəzair mədəniyyət sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Əlcəzair Xalq Demokratik Respublikasinin yeni mədəniyyət naziri xanım Məriəm Mərdaci ilə görüşüb.

News24.az xəbər verir ki, Əbülfəs Qarayev əlcəzairli həmkarını yeni təyinat münasibətilə təbrik edib və ona forumda iştirakına görə minnətdarliğini bildirib.

Görüş zamani tərəflər Azərbaycanla Əlcəzair arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanması iki hökumət arasinda mədəniyyət sahəsində əməkdaşliq haqqinda protokolun imzalanmasi ilə bağlı müzakirələr apariblar.
Əbülfəs Qarayev mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək bu sazişin imzalanmasi təklifinə görə əlcəzairli həmkarına öz təşəkkürünü bildirib.

Azərbaycanın ISESCO çərçivəsində uğurlu əməkdaşlığından danışan Əbülfəs Qarayev təşkilatın Əlcəzairdə keçirilən sonuncu sessiyasinda iştirak etdiyini bildirib. Deyib ki, Əlcəzair Azərbaycanın təşəbbüskarı olduğu “Baki prosesi”ndə daha fəal rol oynaya bilər və iki ölkə arasinda nəzərdə tutulan bu cur sazişlər mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə təkan verəcək. 

Məriəm Merdaci vurğulayib ki, mədəniyyət sahəsində əməkdaşlıq üçün tədbirlər planı artıq hazırdır və bu saziş imzalandıqdan sonra tərəflər fəal olaraq teatr, muzey, ədəbiyyat sahəsində mübadilə proqramları təşkil edərək bu əməkdaşlığı daha da gücləndirə biləcəklər.
Sonda Əbülfəs Qarayev ən qisa müddətdə bu sazişin imzalanacağına əminliyini ifadə edib.