-
- 20-11-2019, 22:53
- 1 010
Afaq Bəşirqızı gizli sirləri açmaq qərarına gəldi - Gözlənilməz AÇIQLAMA
Xalq artisti, gülüş ustamız Afaq Bəşirqızı müsahibə verib.
News24.az -ın xəbərinə görə, o, müsahibəsində bildirib ki, fərqli bir tamaşaya hazırlaşır və tamaşaçılar onu faciəvi və dramatik obrazda səhnədə görəcəklər.
“Çox sağ olsun rejissorlar ki, biz tamaşanı quranda ümumi qururuq, mənim fikirlərimlə razılaşırlar, mən onların fikirləri ilə razılaşıram. Təkliflərimizi edirik, təklif daha yararlıdır, daha vaciblidir. Amma Allahdan bir arzum var, 3-4 ildir ki, beynimə girib. 37-ci ildə repressiyada qadınların çəkdiyi əziyyətlər və bu günkü gündə onların gizlətdiyi sirləri istəyirəm tamaşaçılara çatdırım. Mən bu ideyamla İlqar Fəhmiyə müraciət etdim və o da məni yönləndirdi Pərviz Seyidliyə. Artıq 3 ildir ki, o pyes üzərində söhbət gedirdi, yazılırdı, pozulurdu, düzəliş verirdik. İnşallah bu günlərdə onun səhnə həllini görəcək tamaşaçılar. Mənə həmişə deyirdilər ki, Afaq xanım, dramatik rolda oyna, mən deyə bilmirdim ki, axı mən Musiqili Teatra gəlməzdən öncə Lənkəran teatrında, Sumqayıt Dövlət Teatrında faciəvi, dramatik rolda oynamışam. Mənim aldığım bütün ödüllər dramatik rollara görə olub. İnsandır da, yaşdan asılı olmayaraq aktyor heç vaxt qocalmır. Amma doymursan səhnədən, qoy bunu da oynayım sonra baxaq görək nə olur.. (gülür)” deyə aktrisa bildirib.
/Buta.ws/