Şəkidə ikimərtəbəli EV YANDI
    • 21-11-2019, 14:32
    • 885

Şəkidə ikimərtəbəli EV YANDI

Şəki şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, dam örtüyü 24 m² sahədə yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.